ÇL: “Qarabağ” və Medinanı fərqləndirən göstərici

UEFA Çempionlar Liqasında IV turun oyunlarından sonra komandaların statistik göstəriciləri açıqlanıb.

Futbolpress.az-ın məlumatına görə, “Qarabağ” turnirdə ən çox top qazanan komandalar arasındadır. Azərbaycan təmsilçisi 4 görüşdə 190 dəfə rəqiblərindən top alıb. “Qarabağ”ın futbolçuları ümumilikdı 53 ikili mübarizədə olub. Onlardan 25-i uğurlu, 28-i uğursuz alınıb.

Bu göstəricidə birinci sırada İspaniya “Atletik”idir. Bilbao təmsilçisi 4 oyuna 202 top qazanıb.

“Qarabağ”ın müdafiəçisi Kevin Medina isə keçirdiyi 4 matçda 28 dəfə topu rəqiblərindən alıb. O, 4 dəfə girdiyi ikili mübarizələrin 4-dən qalib ayrılıb. Medinə top qazanan futbolçular sıralamasında 13-cüdür.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir