Milli özbəklərdən 13 qol buraxdı

Bu gün VI İslam Həmrəyliyi Oyunlarında futzal üzrə Azərbaycan millisi ikinci oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, komanda Özbəkistan futzalçıları ilə qarşılaşıb. Oyun rəqibin 13:2 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində Emil Həsənzadə və Fərid Abbasov fərqləniblər.

Millimiz qrupda son oyununu noyabrın 8-də Səudiyyə Ərəbistana qarşı keçirəcək.

Özbəkistan – Azərbaycan (4:1) 13:2
Qollar: Emil Həsənzadə, Fərid Abbasov

Azərbaycan

1. Kamran Hacıyev (q, k), 3. Kənan Manafov, 5. Eldar Zeynalov, 9. Murad Quluzadə, 20. Fərid Abbasov, 12. Cavad Məmmədov (q), 2. Ədalət Ələkbərov, 4. Qüdrət Qasımzadə, 6. Mirzə Əmirov, 7. Emil Həsənzadə, 8. Ülvi Əliyev, 10. Nihad İsmayılov, 17. Oqtay Mahmudzadə
Baş məşqçi: Yevgeni Kukseviç

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir