“Qarabağ” Çempionlar Liqasının IV turunda bu gün “Çelsi”ni qəbul edəcək.
Futbolpress.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə saat 21:45-də start veriləcək.
“Qarabağ” sosial media hesabı vasitəsilə oyunla bağlı azarkeşlərinə müraciət edib:
“Noyabrın 5-də UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” matçını izləmək üçün azarkeşlərimizi stadiona erkən gəlməyə çağırırıq.
Bu, stadiona rahat daxil olmağınıza, sıxlıqdan yayınmağınıza və komandamızın isinmə hərəkətlərini tam dolu tribunalar qarşısında həyata keçirərək əlavə motivasiya qazanmasına imkan verəcək. Oyun başlayandan 20 dəqiqə sonra stadiona giriş məhdudlaşdırılacaq.
Qeyd edək ki, qapılar qarşılaşmaya 2 saat 30 dəqiqə (150 dəqiqə) qalmış açılacaq”.
