“Şəmkir”in futbolçusu mükafatlandırıldı

II Liqada “Ayın qolu” layihəsi çərçivəsində “Şəmkir” futbol klubunun üzvü Tural Məmmədzadə mükafatlandırılıb.

Futbolpress.az xəbər verir ki, sentyabr ayının ən yaxşı qolunun müəllifinə mükafatı VII turun “Xankəndi” – “Şəmkir” qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir