Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Feyha”da çıxış edən Yassin Benzia “Əl Nəsr”lə oyunda qonaqların hücumçusu Kriştiano Ronaldo ilə görüşüb.
Futbolpress.az xəbər verir ki, həmin anın fotosunu paylaşan Benzianın əlində “Qarabağ”ın futbolçusu Toral Bayramovun ona verdiyi əlcək diqqət çəkib.
Toral da bu postu paylaşaraq öz əlcəklərinə işarə verib.
“Əl Nəsr” “Əl Feyha”nı Ronaldonun qolları ilə məğlub edib – 2:1.
Benzia 2023-2025-ci illərdə “Qarabağ”ın formasını geyinib.

