Millinin oyununda mübahisəli qərarlar verən hakim “Qarabağ”ın matçında

“Qarabağ”ın Çempionlar Liqasının IV turunda “Çelsi” ilə oyununu idarə edəcək Sebastyan Qishamer ötən ay Azərbaycan yığmasının matçına təyinat alıb.

Futbolpress.az xəbər verir ki, referi DÇ-2026-nın seçmə mərhələsində Ukrayna – Azərbaycan oyununu idarə edib. Hakim görüşdə bir neçə mübahisəli qərarlarla yadda qalmışdı. Oyunda əlavə vaxtı oynatmayan Qishamer ilk hissədə də ukraynalı futbolçuya qırmızı vərəqə verə biləcəyi halda, “sarı” ilə kifayətlənmişdi.

Azərbaycan yığması həmin görüşdə 1:2 hesabıyla uduzub.

“Qarabağ” – “Çelsi” oyunu noyabrın 5-də, saat 21:45-də keçiriləcək.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir