“Neftçi” bu mövsüm birinci dəfə ardıcıl iki qələbə qazanıb.
Futbolpress.az-ın məlumatına görə, Premyer Liqada səfərdə “Qəbələ”ni məğlub edən “ağ-qaralar” Azərbaycan Kubokunda II təsnifat mərhələsində MOİK-dən üstün olub.
“Qəbələ”ni 2:1, MOİK-i 6:2 hesabıyla məğlub edən “ağ-qaralar” iki matçda 8 qol vurub. Komanda həm də bu mövsüm birinci dəfə 6 qol vurmağı bacarıb. Yeni transfer Abubakarın gəlişindən sonra məhsuldarlıq artıq. Kamerunlu hücumçu ötən oyunda debütündə 2 qol, 1 məhsuldar ötürmə ilə oynayıb. Kubokda isə MOİK-ə qarşı ilk hissədə dubl edib.
Abubakarın gəlişindən sonra qol yollarındakı problemin həll olunduğu hiss edilir. Qarşıdakı oyunlar kamerunlunun “Neftçi”yə təsiri haqda daha geniş danışmağa imkan verəcək.
