“Bizon Azərbaycan Kuboku”: “Kəpəz” fərqi artırdı, “İmişli” uduzur – YENİLƏNİR

Bu gün Azərbaycan Kubokunda II təsnifat mərhələsinə start veriləcək.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə altı qarşılaşma keçiriləcək.

“Turan Tovuz” bu mərhələdə “Dinamo”nu sınağa çəkəcək. “Kəpəz” “Ağstafa Gəncləri”, “Cəbrayıl” isə “Şəfa” ilə üz-üzə gələcək. “İmişli” “Qaradağ Lökbatan”ın müqavimətini qırmağa çalışacaq.

Premyer Liqada uğursuz dönəm keçirən “Karvan-Yevlax” II Liqa təmsilçisi “Sheki City” ilə qarşılaşacaq. “Göygöl”ün rəqibi isə “Baku Sporting” olacaq.

Azərbaycan Kuboku
II təsnifat mərhələsi

28 oktyabr

14:00 “Göygöl” – “Baku Sportinq” 0:2
Qol: İ.Allahverdiyev, 40, 60

14:00 “Karvan-Yevlax” – “Sheki City” 1:0
Qol:
S.İranxan, 16

14:00 “Qaradağ Lökbatan” – “İmişli” 1:0
Qol:
S.Allahquliyev, 28 (pen.)

14:00 “Cəbrayıl” – “Şəfa” 0:2
Qollar:
A.Ebrahimzade, 25, 44

14:00 “Kəpəz” – “Ağstafa Gəncləri” 5:0
Qollar:
Ş.Aşurov, 17, R.Hüseynli, 35, S.Şəfiyev, 42, Elcan Əbilov, 45, Şahnur İsmayılov, 63 (pen.)

17:00 “Dinamo” – “Turan Tovuz”

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir