Bu gün Azərbaycan Kubokunda II təsnifat mərhələsinə start verilib.
Futbolpress.az xəbər verir ki, ilk oyun günündə altı qarşılaşma keçiriləcək.
“Turan Tovuz” bu mərhələdə “Dinamo”nu sınağa çəkəcək. “Kəpəz” “Ağstafa Gəncləri”, “Şəfa” isə “Cəbrayıl”ı mübarizədən kənarlaşdırıb.
Premyer Liqada uğursuz dönəm keçirən “Karvan-Yevlax” II Liqa təmsilçisi “Sheki City”yə qalib gəlib.
Azərbaycan Kuboku
II təsnifat mərhələsi
28 oktyabr
“Göygöl” – “Baku Sportinq” 0:2
Qollar: İ.Allahverdiyev, 40, 60
“Karvan-Yevlax” – “Sheki City” 3:1
Qollar: S.İranxan, 16, T.Qavi, 105, C.Mikels, 118- N.Novruzov, 90+2
“Qaradağ Lökbatan” – “İmişli” 2:3
Qollar: S.Allahquliyev, 28 (pen.), 69 – E.Rəhimzadə, 65, L.Silvestr, 81 (pen.), 90+6
“Cəbrayıl” – “Şəfa” 0:3
Qollar: A.Ebrahimzade, 25, 44, A.Yunanov, 84
“Kəpəz” – “Ağstafa Gəncləri” 6:1
Qollar: Ş.Aşurov, 17, R.Hüseynli, 35, S.Şəfiyev, 42, Elcan Əbilov, 45, Şahnur İsmayılov, 63 (pen.), Donqo, 86 – E.Hüseynov, 69
17:00 “Dinamo” – “Turan Tovuz” 0:4
Qollar: İ.Vadji, 18, 51, Əliyev, 24, A.Hüseynov, 41
