Bu gün Azərbaycan Premyer Liqasında IX tura start veriləcək.
Futbolpress.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
“Karvan-Yevlax” Şamaxıda “Turan Tovuz”la münasibətlərinə aydınlıq gətirəcək. Digər matçda “Kəpəz” “İmişli”nin müqavimətini qırmağa çalışacaq.
Azərbaycan Premyer Liqası
IX tur
24 oktyabr
14:30 Karvan-Yevlax – Turan Tovuz
Baş hakim: Elvin Bayramov
Şamaxı şəhər stadionu
17:00 Kəpəz – İmişli
Baş hakim: Kamal Umudlu
Qəbələ şəhər stadionu
