“Atletik”in futbolçusu Robert Navarro Çempionlar Liqasında “Qarabağ”a qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, 3:1 hesabıyla bitən matçda komandasının ikinci qolunu vuran yarımmüdafiəçi bunları deyib:
“Qarabağ” çox tanınmayan liqada oynasa da, yaxşı mübarizə aparır. Onlar bizə qədər iki qələbə qazanmışdılar. Bir az əziyyət çəkdik, amma üç xal qazandığımız üçün xoşbəxtik”.
Navarro qolunu belə şərh edib:
“Oyunun əvvəlində buraxılan qol yaxşı təsir etmir. Komandamız əvvəlcə bərabərlik, daha sonra önə keçmək qolunu vurmaq üçün çox çalışdıq. İkinci hissədə meydana daxil olub, qol vurduğum üçün çox sevinirəm”.
