Azərbaycanlı mütəxəssis “Olimpiakos”un oyununda

Avropa Voleybol Konfederasiyası azərbaycanlı mütəxəssis Nərgiz İsmayılovaya növbəti dəfə etimad göstərib.

Futbolpress.az xəbər verir ki, o, qadınlar arasında Çempionlar Liqasının ilkin mərhələsinin “Olimpiakos” (Yunanıstan) – “Asteris Avo Beveren” (Belçika) oyununda iştirak edəcək.

N.İsmayılova Yunanıstanın Afina şəhərində baş tutacaq görüşdə supervayzer kimi hakimlərin fəaliyyətini qiymətləndirəcək.

Qeyd edək ki, qarşılaşmanın hakimləri serbiyalı Deyan Roqiç və bolqarıstanlı Aleksandar Vinaliev olacaq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir