“Qarabağ” Bilbaoda uduzdu

“Qarabağ” bu gün Çempionlar Liqasının Liqa mərhələsində növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “Atletik”lə qarşılaşıb. Matç rəqibin qələbəsiylə başa çatıb – 3:1.

“Qarabağ” buna qədər keçirdiyi iki oyunu qələbə ilə başa vurub. Azərbaycan təmsilçisi “Benfika”nı 3:2, “Kopenhagen”i isə 2:1 hesabıyla məğlub edib. “Atletik” isə “Borussiya”ya (Dortmund) 1:4, “Arsenal”a isə 0:2 hesabıyla uduzub.

Çempionlar Liqası
Liqa mərhələsi, III tur

22 oktyabr

20:45 Atletik – Qarabağ 3:1
Qollar:
Quruseta, 40, 89, Navarro, 70 – Leandro Andrade, 1
Baş hakim: İqor Payaç (Xorvatiya)
Bilbao, “San Mames” stadionu

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir