Azərbaycan Kubokunda mövsüm başlayır

Futbol üzrə Azərbaycan Kubokunda yeni mövsümə bu gün start veriləcək.

Futbolpress.az xəbər verir ki, I təsnifat mərhələsinin ilk günündə 4 oyun baş tutacaq.

Qarşılaşmalar saat 14:00-da start götürəcək. Qalib komandalar II təsnifat mərhələsinə vəsiqə qazanacaqlar.

Azərbaycan Kuboku
I təsnifat mərhələsi

9 oktyabr

14:00. “Sheki City” – “Araz Saatlı”
Hakimlər: Ruslan Quliyev, Zöhrab Abbasov, Nurlan Əhmədzadə, Vüqar Həsənli.
“Rekord Arena”

14:00. “Qaradağ Lökbatan” – “Ağdaş”
Hakimlər: Şamil İmanzadə, Tərlan Talıbzadə, Səbuhi Əmrahov, Əkbər Əhmədov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

14:00. “Dinamo” – “Kür-Araz”
Hakimlər: Mahmud Bağırzadə, Gülnurə Əkbərzadə, Vüqar Bayramov, Namiq Bəkirov.
Binə qəsəbə stadionu

14:00. “Ağstafa Gəncləri” – “Şirvan”
Hakimlər: Alik Yunusov, Şirmamed Mamedov, Səbuhi Soltanov, Murad Səlimov.
Ağstafa şəhər stadionu

 

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir