Azərbaycan Premyer Liqasında sentyabrın ən yaxşı qolunun müəllifi bəlli olub.
Futbolpress.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
“Şamaxı”nın legioneri Andrey Tirkoveanunun IV turda “Karvan-Yevlax”a vurduğu qol ən yaxşı adına layiq görülüb.
I Liqada bu nominasiyada Ruslan Voronsov, II Liqada Tural Məmmədzadə birinci olub.
