DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Azərbaycan millisi ilə qarşılaşacaq Ukrayna yığması növbəti itki ilə üzləşib.
Futbolpress.az xəbər verir ki, komandanın müdafiəçisi Aleksandr Timçik zədə səbəbindən heyətdən çıxarılıb. Bu barədə Ukrayna Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Ukrayna millisi oktyabrın 10-da İslandiya, 13-də isə Azərbaycanla qarşılaşacaq.
