Mbappenin son durumu: Azərbaycana qarşı oynayacaq?

Fransa millisinin hücumçusu Kilian Mbappenin DÇ-2026-nın seçmə mərhələsində Azərbaycanla oyunda meydana çıxması sual altındadır.

Futbolpress.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. Hücumçu yığmanın düşərgəsində olmasına baxmayaraq, məşqlərdə tam iştirak etmir. Millinin məşqçilər heyəti yüngül zədəsi olan hücumçuya istirahət verməyi düşünür.

Baş məşqçi Didye Deşam Mbappenin zədəsinin ciddi olmadığını, ancaq lazımsız risklərdən qaçmaq niyyətində olduqlarını bildirib.

Oktyabrın 10-da keçiriləcək Fransa – Azərbaycan oyunu 22:45-də başlayacaq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir