Diniyev: “Şansımız çox az olsa da…”

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində oktyabrın 10-da Fransa, 13-də isə Ukrayna ilə qarşılaşacaq.

Millinin sabiq baş məşqçisi Şahin Diniyev “Futbolpress.az“a açıqlamasında görüşlərdən gözləntilərini bölüşdü:

“Hər iki oyun bizim üçün çətindir. Rəqiblərin səviyyəsi, keyfiyyəti ortadadır. Fransa haqda danışmağa dəyməz. Ukrayna ilə oyunda heç-heçə etmişik və yenidən mübarizə aparmaq olar”.

Mütəxəssis matçlarda millinin az da olsa, şansının olduğunu qeyd etdi:

“Milliyə uğurlar arzu edirəm. Şansımız çox az olsa da, bundan istifadə etməliyik. Yenə deyirəm, oyunlar haqda danışmaq çətindir. Rəqiblər Avropada sayılıb-seçilən komandalardandır. Səviyyələri, futbolçularının oynadığı liqalar, fərdi bacarıqları və s. göz qabağındadır. Çox çətin olacaq, dramatik matçlar bizi gözləyir”.

Şahin Cəfərov

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir