Mikelsin son durumu

“Karvan-Yevlax”la oyunda zədə alan “Sabah”ın futbolçusu Coy-Lens Mikelsin son durumu məlum olub.

Klubdan “Futbolpress.az“a verilən açıqlamaya görə, almaniyalı hücumçunun qabırğası əzilib. Mikelsin daxili orqanlarında ciddi zədə və ya daxili qanaxma olmayıb.

Futbolçunun bərpa müddəti hələlik məlum deyil.

Mikels “Karvan-Yevlax”la Premyer Liqanın VII tur matçının (2:0) sonlarında rəqib qapıçı Kamran İbrahimovla toqquşub və daha sonra təcili yardımla xəstəxanaya aparılıb.

Şahin Cəfərov

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir