Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi “Volendam” Niderland Erediviziyasında növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə “Fortuna Sittard”la qarşılaşıb. Matç “Volendam”ın məğlubiyyəti ilə başa çatıb – 0:1.
Ozan 62-ci dəqiqədə meydana daxil olub.
“Volendam” 8 turdan sonra 7 xalla 14-cü sıradadır.
