U-21 millisinin baş məşqçisi açıqlandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçi vəzifəsi müvəqqəti olaraq Rəşad Eyyubova həvalə olunub.

Futbolpress.az xəbər verir ki, bu barədə milli komandanın mətbuat xidməti məlumat yayıb. Fərid Namazov isə köməkçi məşqçi kimi fəaliyyət göstərəcək.

U-21 komandamız əsas millimizin ehtiyat bazası hesab olunur. Bu səbəbdən U-21-in məşqçi korpusu əsas millinin baş məşqçisi Ayxan Abbasov və onun köməkçiləri ilə daim sıx iş birliyində çalışacaq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir