
“Benfika”nın yeni baş məşqçisi Joze Mourinyo klubun prezidenti Ruy Koşta ilə nahar zamanı “Milan”ın keçmiş müdafiəçisi Alessandro Kostakurtadan danışdıqlarını açıqlayıb.
Komanda.az xəbər verir ki, portuqaliyalı mütəxəssis “pianetamilan.it”-ə verdiyi açıqlamada bunu deyib:
“Ruy dünən nahar zamanı Kostakurtadan danışırdı. Deyir ki, o, çox sürətli deyildi, çox cəsur deyildi, bəzən yaxşı deyildi. Amma buna baxmayaraq, dünyanın ən yaxşılarından biri idi”.
Kostakurta 1986-2007-ci illərdə “Milan”da çıxış edib.
“Qarabağ” UEFA Çempionlar Liqasının ilk turunda səfərdə “Benfika”nı məğlub edib – 3:2.
