“Kopenhagen”in futbolçusu: “Qarabağ” bizi təəccübləndirmədi”

“Kopenhagen”in futbolçusu Tomas Dileyni Çempionlar Liqasında “Qarabağ”a uduzduqları oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi Danimarka mətbuatına qısa müsahibəsində bunları deyib:

– İlk hissədə nələr baş verdi?
– Bilmirəm. Oyunumuzu tapmaqda çətinlik çəkdik. Fərdi, texniki, taktiki səhvlər etdik.

– “Qarabağ” sizi təəccübləndirdi?
– Xeyr. Oyundan əvvəl onların güclü təzyiq göstərəcəyini bilirdik. Videotəhlillərdə necə oynadıqlarını görmüşdük, meydanda necə oynayacaqlarını əvvəlcədən bilirdik. “Qarabağ” bizi təəccübləndirmədi. Gözlədiyimiz kimi oynadılar.

– Meydançanın durumunun təsiri oldu?
– Xeyr. Belə demək olmaz, çünki şərait hər iki komanda üçün eyni idi.

Şahin Cəfərov

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir