Çempionlar Liqasında II turun oyunlarından sonra komandaların statistik göstəriciləri açıqlanıb.
Futbolpress.az xəbər verir ki, “Qarabağ” iki turda ən çox top qazanan komandalar arasında 4-cüdür. Azərbaycan çempionu “Benfika” və “Kopenhagen”lə oyunlarda 87 dəfə top qazanıb. Göstəricidə birinci sırada Belçikanın “Yunion” komandası yer alıb.
“Qarabağ” 2 turdan sonra 6 xalla turnir cədvəlində 6-cı sıradadır.
