“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti oyuna çıxacaq.
Futbolpress.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bakıda “Kopenhagen”i qəbul edəcək. Danimarka təmsilçisi ilə matça saat 20:45-də start veriləcək.
“Qarabağ” birinci turda səfərdə “Benfika”ya qalib gəlib. “Kopenhagen” isə “Bayer”lə heç-heçə edib.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, II tur
1 oktyabr
20:45 Qarabağ – Kopenhagen (Danimarka)
Baş hakim: Serdar Gözüböyük (Niderland)
Tofiq Bəhramov adına Respublika stadionu
