Çilidə keçirilən 20 yaşadək yığmalar arasında dünya çempionatında “Qəbələ”nin afrikalı legioneri Salihu Nasiru da iştirak edir.
Futbolpress.az xəbər verir ki, Gənc futbolçu ilk turda Nigeriya millisinin heyətində Norveçə qarşı matçda əsas heyətdə meydana çıxıb. Komandası 0:1 hesabı ilə məğlub olduğu görüşdə Nasiru 78-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, Nigeriya U-20 millisi növbəti oyununu oktyabrın 3-də Səudiyyə Ərəbistanına qarşı keçirəcək.
