III MDB Oyunlarının açılış mərasimi keçirildi

Gəncə şəhər stadionunda III MDB Oyunlarının təntənəli açılış mərasimi baş tutub.

Futbolpress.az xəbər verir ki, tədbirdə rəsmi qonaqlar, beynəlxalq idman təşkilatlarının nümayəndələri, idmançılar və minlərlə tamaşaçı iştirak edib.

Mərasim Azərbaycan bayrağının arenaya gətirilməsi və Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ardınca iştirakçı ölkələrin idmançıları tamaşaçıların alqış sədaları altında stadionu dövrə vurublar.

Ardınca Azərbaycan Prezidenti İlham Əliyev III MDB Oyunlarını rəsmi olaraq açıq elan edib. Açılış möhtəşəm bədii proqramla davam etdirilib.

Qeyd edək ki, oyunlarda 13 ölkədən 1624 idmançı və 2337 nümayəndə iştirak edir. Azərbaycanı 340, Rusiya 262, Özbəkistan 254, Belarus 240, Qazaxıstan 147, Tacikistan 144, Qırğızıstan 126, Türkmənistan 48, Türkiyə 38, Kuba 11, Küveyt 6, Pakistan və Oman isə 4 idmançı ilə təmsil olunur.

Yarışların bağlanış mərasimi oktyabrın 8-də yenidən Gəncə şəhər stadionunda keçiriləcək.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir