I Liqa klubları cərimələndi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda I Liqanın III turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

25.09.2025-ci il tarixində I Liqada III turun “Baku Sportinq” – “’Şimal” oyununda topdaşıyanların say limiti pozulduğuna görə “Baku Sportinq” komandası 600 manat cərimə edilsin (maddə 59.1);

25.09.2025-ci il tarixində I Liqada III turun MOİK – “’Zaqatala” oyununda “Zaqatala” komandasının nümayəndələrində “A buraxılışı” vəsiqəsi olmadığına görə “Zaqatala” komandası 300 manat cərimə edilsin (maddə 86.12).

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir