“Kəpəz” bu dəfə əcnəbi ilə…

Baş məşqçi postu boş qalan “Kəpəz”də axtarışlar davam edir.

Futbolpress.az-ın əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi bu dəfə “sükanı” əcnəbi mütəxəssisə həvalə etmək niyyətindədir.

“Kəpəz” bu gün Premyer Liqada “Turan Tovuz”la qarşılaşacaq. “Azersun Arena”da keçiriləcək matça saat 16:30-da start veriləcək.

Gəncə təmsilçisi 5 turdan sonra xalsızdır və sonuncu pillədədir. Ötən turda “Qəbələ”yə məğlubiyyətdən sonra baş məşqçi Adil Şükürov istefaya göndərilib. O, mövsümün əvvəlindən komandaya rəhbərlik edirdi.

Kamil Əhməd

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir