“Qarabağ”ın rəqibi ÇL üçün heyətində dəyişiklik etdi

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Atletik” turnir üçün heyətində dəyişiklik edib.

Futbolpress.az xəbər verir ki, Bilbao təmsilçisində zədəli Benyat Pradosun əvəzinə Emerik Laport heyətə daxil edilib. İspan müdafiəçi şans veriləcəyi halda, “Qarabağ”la oyunda meydana çıxa biləcək.

Laport bu yay “Əl Nəsr”dən ayrılıb və “Atletik”lə müqavilə imzalayıb.

Çempionlar Liqasında III turda keçiriləcək “Atletik” – “Qarabağ” oyunu oktyabrın 22-də olacaq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir