“Neftçi”nin Abubakar üçün təklifi bilindi

“Neftçi” kamerunlu hücumçu Vensan Abubakarla danışıq aparır.

Futbolpress.az xəbər verir ki, “ağ-qaralar” hücumçuya 1 illik müqavilə və 500 min avro maaş təklif edib. Bu barədə Kamerun mətbuatı məlumat yayıb.

Abubakar son olaraq “Hatayspor”da forma geyinib. O, bundan başqa “Portu”, “Loryan”, “Beşiktaş”, “Əl Nəsr” kimi klublarda çıxış edib. Abubakarın “transfermarkt”da dəyəri 1,2 milyon avrodur.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir