UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Kopenhagen” (Danimarka) oyununun biletləri 25 sentyabr, saat 15:00-dan etibarən satışa çıxarıldıb.
Futbolpress.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna biletlərin qiymətləri 5, 10, 30, 40, 50, 75 AZN, VIP sektorlara 150, 200, 250 AZN, VVIP sektorlara 500 AZN-dir.
Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi üzərindən əldə edilə bilər.
Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilər.
Oktyabrın 1-də keçiriləcək oyuna 20:45-də start veriləcək.
