5 turun intizamsızları

Azərbaycan Premyer Liqasında V turun ən intizamsız futbolçusu İqor Ribeyrodur.

Futbolpress.az-ın məlumatına görə, “Neftçi”nin müdafiçisi artıq bir dəfə qırmızı vərəqə alıb və bu səbəbdən 3 oyun keçirib.

İkinci “qırmızı”sı olan isə “İmişi”dən Rafael Vieqasdır. Sağ cinah müdafiəçisi 4 oyun keçirib, 1 dəfə meydandan qovulub.

Sarı vərəqələr sayında lider isə Felipe Santos, Patrik Andrade (hər ikisi “Araz-Naxçıvan”) və “Şamaxı”dan Rİkardo Apolinariodur. Bu futbolçular 5 turda hərəyə 3 dəfə “sarı” alıb.

Bu mövsüm ikinci sarı vərəqəyə görə qovulan isə Slavik Alxasovdur. “Qarabağ”la matçın 30 dəqiqəsi ərzində iki dəfə “sarı” alan müdafiəçi daha sonra meydandan qovulub.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir