Xorvatiya Futbol İttifaqı dünya çempionatının seçmə mərhələsi çərçivəsində Çexiya və Cəbəllütariqə qarşı keçiriləcək oyunlar üçün heyəti açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, oktabrın 9-da və 12-də baş tutacaq matçlar üçün Xorvatiya millisinin heyətinə dəvət olunan futbolçuların siyahısı belədir:
Qapıçılar: Dominik Livakoviç (“Jirona”), İvitsa İvuşiç (“Hayduk”), Dominik Kotarski (“Kopenhagen”);
Müdafiəçilər: Yoşko Qvardiol (“Mançester Siti”), Due Çaleta-Car (“Real Sosyedad”), Yosip Şutalo (“Ayaks”), Yosip Stanişiç (“Bayern”), Marin Ponqraçiç (“Fiorentina”), Martin Erliç (“Midtyulland”), Luka Vuşkoviç (“Hamburq”);
Yarımmüdafiəçilər: Luka Modriç (“Milan”), Mateo Kovaçiç (“Mançester Siti”), Mario Paşaliç (“Atalanta”), Lovro Mayer (“Volfsburq”), Martin Baturina (“Komo”), Kristian Yakiç (“Auqsburq”), Petar Susiç (“İnter”), Nikola Moro (“Bolonya”), Toni Fruk (“Riyeka”);
Hücumçular: İvan Perişiç (PSV), Andre Kramariç (“Hoffenhaym”), Ante Budimir (“Osasuna”), Marko Paşaliç (“Orlando Siti”), Franio İvanoviç (“Benfika”).
39 yaşlı Luka Modriç yenidən əsas komandaya dəvət olunub və seçmə oyunlarda iştirak edəcək.
