“Qəbələ”nin 4-cü debütantı

Misli Premyer Liqasının 2025/26-cı illər mövsümünün V turu çərçivəsində “Qəbələ” – “Kəpəz” oyunu “qırmızı-qaralar”ın futbolçusu Ziya Şəkərxanov üçün əlamətdar olub.

Futbolpress.az xəbər verir ki, akademiyanın 18 yaşlı yetirməsi Premyer Liqada debüt oyununa çıxıb.

Beləliklə, bu mövsüm “Qəbələ”nin heyətində Premyer Liqada debüt edən futbolçuların sayı 4-ə çatıb. Buna qədər Fərid İsgəndərov, Nuğay Rəşidov və Süleyman Damadayev də elitada ilk oyunlarını keçiriblər.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir