“İmişli” təəccübləndirməkdədir

Premyer Liqanın debütantı “İmişli” gözlənilməz nəticələrinə davam etməkdədir. Ötən tur “Sumqayıt”a qalib gəlmələrinə baxmayaraq, protokol səhvinə görə texniki məğlubiyyət alan bölgə təmsilçisi bu dəfə “karvan-Yevlax”la matçda qələbəyə sevindi.

İlk hissədə 2, fasilədən sonra isə 1 qol vuran “İmişli” layiq olduğu nəticəni əldə etdi. Oyunboyu üstün olan və daha çox epizodlar yaradan Jorj Kaskilyanın kollektivi məğlubiyyətsizlik seriyasını 4 oyuna çatdırdı.

Mövsüm başlamazdan əvvəl haqqında neqativ fikirlər səsləndirilən, Çexiya IV liqasından gələn Jorj Kaskilyanın işinə şübhə ilə yanaşılan “İmişli” proqnozları alt-üst edir. Komanda etibarlı, kompakt müdafiəsi ilə seçilir. Əks-hücumlarda və standart vəziyyətlərdə təhlükə yaradan bölgə təmsilçisi əzmkar oyunu ilə xallar qazanır.

“Karvan-Yevlax” isə son turlarda “Kəpəz”lə yanaşı, uğursuz oyun sərgiləyən kollektivlərdəndir. “İmişli”yə qarşı matçda demək olar, qol epizodu yarada bilməyən Yevlax təmsilçisində fərdi səhvlər əsas başağrısına çevrilib. Müdafiədəki diqqətsizlik hər matçda komandanın qol buraxması ilə nəticələnir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir