“Səbail”in baş məşqçisi Elvin Məmmədov “Difai”ilə oyundan sonra fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 2:1 hesabıyla qalib gəldikləri oyunu belə şərh edib:
“Çətin səfər oyunu oldu. Rəqibin qapanıb hücumlar etməyimizə imkan verməyəcəyini təxmin etmişdik. Şükürlər olsun ki qələbə qazanan tərəf biz olduq. Uşaqlara axırıncı dəqiqəyə qədər apardıqları mübarizə üçün təşəkkür edirəm. Yolumuz uzundur və bir sıra çatışmazlıqlarımız var. Üzərimizdə çalışaraq onları aradan qaldıracağıq”.
