ÇL: “Bəzən biz lazım olan səviyyədə çıxış etmirik”

“Çelsi”nin baş məşqçisi Enzo Mareska Çempionlar Liqasında “Bayern”ə 1:3 hesablı məğlubiyyətdən sonra təəssüratlarını bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, oyuna yaxşı başladıqlarını söyləyib:

“Yaxşı oynadıq. Yaxşı başladıq və ilk 20 dəqiqədə iki-üç şans yaratdıq. Buraxdığımız qol oyuna öz təsirini göstərdi, bundan qaça bilərdik. Avtoqol və penalti işimizi çətinləşdirdi, amma biz sona qədər oyunda qaldıq. Bəzən biz lazım olan səviyyədə çıxış etmirik”.

“Çelsi” sentyabrın 30-da, ikinci turda evdə “Benfika” ilə qarşılaşacaq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir