
Portuqaliyalı sabiq futbolçu, hazırda isə Lissabon “Benfika”sının prezidenti olan Ruy Koşta, baş məşqçi Bruno Lajenin qovulması barədə açıqlama verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ayrılmağın vaxtının çatdığını bildirib:
“Brunoya gördüyü iş üçün təşəkkür edirəm. Amma ayrılmağın vaxtı çatdı.
Yeni baş məşqçi? Ümid edirik ki, 6-cı günə kimi yeni təyinatı elan edəcəyik”.
“Benfika” UEFA Çempionlar Liqasının ilk turunda evdə “Qarabağ”a 2:3 hesabı ilə məğlub olub. Komanda növbəti turda “Çelsi”nin qonağı olacaq.
