“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Benfika” Portuqaliya çempionatında növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə “Santa Klara” ilə qarşılaşıb. Matç qollu bərabərliklə başa çatıb – 1:1.
“Benfika”nın qolunu Vangelis Pavlidis vurub. Qonaqların heyətində isə Vinisius Lopes 90+3-cü dəqiqədə hesaba tarazlıq gətirib.
“Benfika” 4 turdan sonra 10 xalla 2-ci sıradadır.
“Qarabağ” bu rəqiblə sentyabrın 16-da Portuqaliyada üz-üzə gələcək.
