Ukraynalıdan 1:1-ə şərh: “Biabırçılıqdır”

Ukrayna millisinin qapıçısı Anatoli Trubin DÇ-2026-nın seçmə mərhələsində Azərbaycanla heç-heçə etdikləri görüşü şərh edib.

Futbolpress.az “Tribuna” nəşrinə istinadən xəbər verir ki, qolkiper 1:1 hesabıyla bitən oyunla bağlı bunları deyib:

“Biabırçılıqdır. Çünki belə oyunlarda mütləq qələbə qazanmaq lazımdır. İrəli getmək istəyiriksə, nəyin bahasına olursa-olsun, qalib gəlməliyik. İki oyuna bir xal toplamışıq. Növbəti toplanış həlledici olacaq. Nəyi istədiyimizi bilib, daha yaxşı hazırlaşmalıyıq”.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir