Ukrayna millisi DÇ-2026-nın seçmə mərhələsinin II turunda Azərbaycanın qonağı olacaq.
Futbolpress.az xəbər verir ki, I turda Fransaya uduzan yığmanın futbolçusu İlya Zabarni açıqlama verib. Müdafiəçi Azərbaycanla görüşdə qələbə qazanmaq istədiklərini deyib:
“İlk oyunda müsbət nəticə qazanmaq istəyirdik, amma alınmadı. Futbolda belə hallar olur. Bunu unudub, növbəti matça köklənməliyik. Azərbaycanla oyunda qələbə qazanmalıyıq”.
Sentyabrın 9-da keçiriləcək Azərbaycan – Ukrayna oyunu saat 20:00-da start götürəcək.
