Türkiyə millisinin sabiq futbolçusu Nihat Kahveci Azərbaycan millisinin son nəticələrini şərh edib.
Futbolpress.az xəbər verir ki, o, yığmanın baş məşqçisi Fernandu Santuşun millidən göndərilməli olduğunu deyib:
“Santuşu göndərin, qardaşlarım. Olmaz. “Beşiktaş”da da olmadı. Avropa çempionu oldum deyə 10 ölkə gəzməsin. Həqiqətən, olmur, göndərin”.
Azərbaycan yığması Santuşun rəhbərliyi altında 11 oyunda 9 dəfə uduzub, 2 dəfə heç-heçə edib.
