“Zirə”nin futbolçusu Ange Mutsinzinin formasını geyindiyi Ruanda millisi Afrika zonası üzrə dünya çempionatının seçmə mərhələ oyununa çıxıb.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda Nigeriya ilə qarşılaşıb. Matç Ruandanın məğlubiyyəti ilə başa çatıb – 0:1.
Mutsinzi start heyətdə meydana çıxıb və sonacan oynayıb.
Ruanda yığması 8 xalla 4-cü sıradadır.
