Yankoviç millidə “fərqləndi”

“Qarabağ”ın futbolçusu Marko Yankoviçin formasını geyindiyi Monteneqro millisi DÇ-2026-nın seçmə mərhələsində növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda Çexiyanı qəbul edib. Matç çexlərin qələbəsiylə başa çatıb – 2:0.

Yankoviç oyuna start heyətdə başlayıb. 45-ci dəqiqədə sarı vərəqə ilə cəzalanan yarımmüdafiəçi 70-ci dəqiqədə əvəzlənib.

Monteneqro 4 turdan sonra 6 xalla 3-cü sıradadır. Çexlər isə 12 xalla birincidir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir