
PSJ-nin sabiq, ABŞ millisinin hazırkı baş məşqçisi Maurisio Poçettino Lionel Messinin Parisdə üzləşdiyi çətinliklərdən danışıb.
Komanda.az “El Cafelito”-ya istinadən xəbər verir ki, o, Messinin Fransaya çox çətin dönəmdə gəldiyini bildirib:
“Messi Fransaya çox çətin dönəmdə gəldi. Yay təlim-məşq toplanışı olmadan, böyük emosional zərbədən sonra. O dövrdə mühit ona qarşı çox aqressiv idi. Mənim üçün bunu görmək acı idi. Amma hər halda, onun komandamda olması məni sevindirirdi”.
Messi 2021-ci ildə “Barselona”dan PSJ-yə keçmiş, 2023-cü ildə isə “İnter Mayami”yə yollanmışdı. O, Paris klubunda 2 dəfə Fransa çempionu olub və superkuboku qazanıb.