“Messi həmişə bizim üçün nümunə olacaq”

“İnter”in və Argentina millisinin hücumçusu Lautaro Martines Venesuela yığması ilə oyundan (3:0) sonra komanda yoldaşı Lionel Messi haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Bu, mütləq xatırlayacağımız emosional oyundur, çünki xüsusilə, Messi üçün vacibdir. Messi həmişə bizim üçün nümunə olacaq. Mən ona milli komandamıza və bütün futbola verdiyi hər şeyə görə minnətdaram”.

Qarşılaşmada Messi 2, Martines isə 1 qol vurub.

38 yaşlı Messi Buenos-Ayresdə Venesuela yığması ilə görüşün onun dünya çempionatının seçmə mərhələsində son ev oyunu olacağını təsdiqləyib.

Messi Argentina millisində 2005-ci ildə debüt edib və komandanın heyətində 194 oyunda ümumilikdə 114 qol vurub.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir