Azərbaycan millisinin növbəti sınağı

Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün “Slovenia Nations Cup” yoldaşlıq turnirində ikinci oyununa çıxacaq.

Futbolpress.az xəbər verir ki, U-19 Farer adalarının müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. “Çatez” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 13:00-da başlanacaq.

Qeyd edək ki, millimiz ilk matçda İslandiya seçməsi üzərində 2:1 hesablı qələbə qazanıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir