Rəhman: “Hər şey yaxşı olacaq”

Azərbaycan millisi sabah DÇ-2026-nın seçmə mərhələsində İslandiyanın qonağı olacaq.

Futbolpress.az Reykyavikdən xəbər verir ki, görüşdən öncə millinin futbolçusu Rəhman Daşdəmirov sualları cavablandırdı.

Müdafiəçi görüşlə bağlı fikirlərini bölüşdü:

– Məncə, oyuna yaxşı hazırlaşmışıq. Rəqibi analiz etmişik, zəif və güclü cəhətlərini bilirik. Məncə, hər şey yaxşı olacaq.

– Saat fərqi bizim özümüzə də təsir etdi. Arada 4 saat fərq var. Bu fərqə adaptasiya ola bilmisinizmi?
– Bura erkən gəldik. Məncə, hər şey qaydasındadır. Yaxşı hazırlaşmışıq.

– Sabahkı oyunda nəyə ümid edə bilərik?
– Yaxşı nəticəyə ümid edirəm. Çalışacağıq ki maksimum nəticə əldə edək. İnşallah hər şey yaxşı olacaq.

– Qrupa baxanda görürük ki, dişimizə görə yeganə rəqib elə İslandiyadır. Futbolçu kimi bu qrupdakı matçlardan gözləntin nələrdir?
– Hazırda sabahkı oyun haqqında düşünürəm. O biri rəqiblər haqqında gələn səfər danışmaq olar. Bu gün bütün diqqətimiz məhz bu oyuna yönəlib.

– Yəqin ki, müdafiənin sol cinahında sən yer alacaqsan. Üzərinə böyük yük düşəcək. Məsuliyyətinin fərqindəsən?
– Məşqçilərin konkret tapşırıqları var, içində mən də olmaq şərtilə hamımız əlimizdən gələni edəcəyik ki, o tapşırıqlara əməl edib maksimum nəticə alaq.

Elçin Cəlilov

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir