“Neftçi” şikayət edəcək

AFFA-nın İntizam Komitəsinin bugünkü iclasında çıxarılan qərara görə, Misli Premyer Liqasının 3-cü turunun “Neftçi” – “Turan Tovuz” oyununun (0:1) 55-ci dəqiqəsində birbaşa qırmızı vərəqə almış futbolçumuz İqor Ribeyro 3 oyun cəzalandırılıb, klub isə 3000 manat cərimə edilib.

Futbolpress.az xəbər verir ki, “ağ-qaralar” qərara etiraz edib. Klubun mətbuat xidməti bununla bağlı açıqlama yayıb:

“Neftçi” PFK olaraq bu qərarı ağır hesab edirik. Bu səbəbdən İntizam Komitəsinin qərarından Apellyasiya Arbitraj Tribunalına klubumuz tərəfindən apellyasiya şikayəti ünvanlanıb”.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir